Maliyyə Bazarlarına Nəzarət Palatası ötən ay 7 minə yaxın sorğuya cavab verib

Maliyyə Bazarlarına Nəzarət Palatası ötən ay 7 minə yaxın sorğuya cavab verib Bu ilin sentyabr ayında Maliyyə Bazarlarına Nəzarət Palatası Çağrı Mərkəzi vasitəsi ilə, təxminən, 2 500, elektron və kağız daşıyıcılarında 4 000, sosial şəbəkələr üzərindən isə 260-dan çox sorğu qəbul edib və cavablandırıb.
Maliyyə
3 Oktyabr , 2019 16:49
Maliyyə Bazarlarına Nəzarət Palatası ötən ay 7 minə yaxın sorğuya cavab verib

Bu ilin sentyabr ayında Maliyyə Bazarlarına Nəzarət Palatası Çağrı Mərkəzi vasitəsi ilə, təxminən, 2 500, elektron və kağız daşıyıcılarında 4 000, sosial şəbəkələr üzərindən isə 260-dan çox sorğu qəbul edib və cavablandırıb.

“Report” xəbər verir ki, bu barədə Palatanın açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bununla yanaşı, media qurumlardan da 50-dən çox sorğu qəbul olunub və cavablandırılıb.

“Palata fəaliyyəti barədə məlumatların daha böyük miqyasda və daha geniş auditoriyaya çatdırılması məqsədilə “Facebook”, “Youtube”, “Twitter”, “Linkedin” kimi sosial media kanallarında aktiv təmsil olunur, rəsmi internet səhifəsi vasitəsilə ictimaiyyətə açıqlanan zəruri məlumatları, mövcud vakansiyaları sosial şəbəkələrdə yerləşdirir, bu kanallar vasitəsilə müraciətlərin operativ şəkildə cavablandırılmasını təmin edir. Yeri gəlmişkən, ötən ay qurumun “Instagram”dakı səhifəsi də ictimaiyyətə təqdim olunub.

Sentyabrda sosial şəbəkələrdə ümumilikdə görülən işləri özündə əks etdirən 100-dən çox status və tvit paylaşılıb, Palata ilə bağlı süjetlərin, müxtəlif proqram və verilişlərin, eləcə də maarifləndirici çarxların, animasiya filmlərinin paylaşıldığı “Youtube” kanalında 30-a yaxın video yerləşdirilib”, - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi