Mərkəzi Bankın valyuta hərracında dollara tələb artıb

Maliyyə
  • 14 aprel, 2020
  • 08:51
Mərkəzi Bankın valyuta hərracında dollara tələb artıb

Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

“Report” bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Bankın məlumatına görə, hərracda dollara tələb aprelin 9-na nisbətən 1,5 milyon ABŞ dolları və ya təxminən 2,7% artaraq 56,5 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Son xəbərlər

Bütün Xəbər Lenti