Yuxarı
    Bağlamaq

    ​Hesablama Palatasının sədri Aİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbərini qəbul edib

    Milli Məclisdə Hesablama Palatası haqqında yeni qanun layihəsinin qəbulu gözlənilir

    Bakı. 19 yanvar. REPORT.AZ/ Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir xanım Malena Mardın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib. Bu barədə "Report"a Palatanın mətbuat xidmətindən məlumat verilib.

    Görüşdə Hesablama Palatasının sədri V.Gülməmmədov qonaqlara Palatanın ümumi fəaliyyəti barədə məlumat verib, cari dövrdə görülən işlər və qarşıda duran əsas hədəflərlə bağlı prioritet məsələlərə toxunub.

    Sədr Hesablama Palatası ilə bağlı qanunvericiliyin daha da təkmilləşdirilməsinin zərurəti, hazırda Milli Məclisinə təqdim olunmuş Hesablama Palatası haqqında yeni qanun layihəsinin qəbulu ilə gözlənilən dəyişikliklərin mahiyyəti və tərəfdaş ali audit qurumları ilə müxtəlif parametrlər üzrə müqayisəsinin nəticələri barədə məlumatlandırıb.

    Avropa İttifaqının nümayəndə heyətinin üzvü Olaf Heydelbax öz növbəsində Palata ilə birlikdə bu günə kimi keçirilmiş tədbirlər, xüsusilə həyata keçiriləcək tvinninq layihəsi ilə bağlı gözləntilər barədə görüş iştirakçılarına təfsilatlı məlumat verib.

    Daha sonra dövlət maliyyə nəzarəti sistemi haqqında fikir mübadiləsi aparılaraq müvafiq Avropa təcrübəsi və respublikada cari ilə bağlı müəyyən izahlar və şərhlər səsləndirilib. Həmçinin, ali audit qurumu olaraq Hesablama Palatasında spesifik audit növləri, xüsusilə də səmərəlilik auditi üzrə potensialın formalaşması və bununla əlaqəli milli maliyyə idarəçiliyi sistemindəki nəticəlilik və səmərəlilik göstəricələrinə əsaslanan büdcə tərtibatı istiqamətində inkişaf təşəbbüslərinə olan zərurət barədə müzakirələr aparılıb.

    Yekun olaraq, Hesablama Palatasının sədri V.Gülməmmədov Palatanın dayanıqlı inkişafının 2015-2017-ci illər üzrə Strateji İnkişaf Planına əsasən aparıldığını və bu istiqamətdə Palatanın fəaliyyətində informasiya texnologiyalarının tətbiqinin önəmli rol oynadığını qeyd edib, Palatanın yeni rəsmi internet səhifəsi ilə və nəzərdə tutulmuş digər tədbirlər barədə bağlı məlumat verib.

    Görüşün sonunda Avropa İttifaqının nümayəndəliyi Hesablama Palatası ilə gələcək əməkdaşlıq imkanlarının yüksək qiymətləndirildiyini və bu istiqamətdə birgə səylərin daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi