Hesablama Palatasının fəaliyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilib

Hesablama Palatasının fəaliyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilib Beynəlxalq Büdcə Layihəsinin Açıq Büdcə İndeksi (ABİ) üzrə açıqladığı son hesabatda Hesablama Palatasının ali audit orqanı olaraq fəaliyyəti əvvəlki hesabatla müqayisədə daha yüksək balla qiymətləndirilib.
Maliyyə
29 Aprel , 2020 16:46
Hesablama Palatasının fəaliyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilib

Beynəlxalq Büdcə Layihəsinin Açıq Büdcə İndeksi (ABİ) üzrə açıqladığı son hesabatda Hesablama Palatasının ali audit orqanı olaraq fəaliyyəti əvvəlki hesabatla müqayisədə daha yüksək balla qiymətləndirilib.

Bu barədə "Report"a qurumdan bildirilib. 

Məlumata görə, Hesablama Palatasının dövlət büdcəsi və büdcədənkənar dövlət fondları üzərində nəzarət fəaliyyəti 100 baldan 89 bal olaraq dəyərləndirilib, bu da əvvəlki qiymətləndirmədən 6 bal çox olmaqla palata tərəfindən büdcə üzərində adekvat nəzarətin təmin edildiyini göstərir.

ABİ dövlətlərin büdcə şəffaflığını qiymətləndirən bir diaqnostik alətdir. İndeksin məqsədi şəffaflıq və hesabatlılıq parametləri kimi qəbul edilən meyarların konkret ölkədə fiskal diaqnostikasının aparılması və büdcə prosesi üzrə hazrılanan 8 hesabatın vaxtlı-vaxtında internetdə yerləşdirilərək ictimaiyyətə çatdırılma səviyyəsini müəyyənləşdirməkdir.

İndeksi bütün ölkələr üçün eyni olan sorğu əsasında hesablanır. Sorğu 145 sualı əhatə edir və hər bir sual 100 ballıq şkala ilə qiymətləndirilir.

Hesablama Palatası postsovet ölkələri arasında Rusiya və Gürcüstanla birlikdə ilk yeri bölüşür və bir çox Avropa ölkələrinin ali audit orqanları ilə müqayisədə daha yüksək mövqedədir.

Son xəbərlər

Orphus sistemi