Hesablama Palatası gələn ilin büdcə layihəsinə rəy verib

Hesablama Palatası gələn ilin büdcə layihəsinə rəy verib Bakı. 30 oktyabr. REPORT.AZ/ Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. İclasda “2019-cu il dövlət büdcəsi haqqında”, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında və İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələrinə qurumun rəyləri müzakirə edilərək təsdiqlənib.
Maliyyə
30 Oktyabr , 2018 13:56
Hesablama Palatası gələn ilin büdcə layihəsinə rəy verib
Hesablama Palatası / Report
0 : 00
0 : 00

Bakı. 30 oktyabr. REPORT.AZ/ Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. İclasda “2019-cu il dövlət büdcəsi haqqında”, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələrinə qurumun rəyləri müzakirə edilərək təsdiqlənib. 

Bu barədə "Report" Palataya istinadən xəbər verir. 

Məlumata görə, qurumun sədri Vüqar Gülməmmədov qanun layihəsinə rəydə büdcə parametrlərini xarakterizə edən makroiqtisadi meyllər və təhlillər, büdcə gəlirlərinin proqnozlarının vergi və digər gəlir mənbələri, dövlət büdcəsi xərclərinin ayrı-ayrı xərc istiqamətləri, habelə təsdiq edilmiş proqram və layihələr üzrə proqnozlar, dövlət borcunun mövcud durumu, dövlət borclanma limiti, eləcə də büdcə kəsiri və onun maliyyələşdirilməsi mənbələri barədə danışdı, hər il olduğu kimi bu il də büdcə qanunvericiliyinin təkmilləşdirilməsi, dövlət büdcəsi xərclərindən səmərəli istifadə, şəffaflığın və hesabatlılığın artırılması üçün rəydə müxtəlif istiqamətlər üzrə 90-dan çox nəticə və 40-dan çox təklif təqdim edildiyini bildirib.

V.Gülməmmədov “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanun layihəsinə və "İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihəsinə Palatanın rəyi barədə də fikrini bildirib, pensiya ödənişləri üzrə dövlət büdcəsinin və Fondun öhdəliklərinin daha dəqiq müəyyənləşdirilməsi, pensiya sisteminin fiskal dayanıqlılığının təmin edilməsinə yönəldilən fəaliyyətin gücləndirilməsinin vacibliyinin rəydə əks olunduğunu qeyd edib.

“2019-cu il dövlət büdcəsi haqqında”, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələrinin Milli Məclisdə müzakirə edilməsi tövsiyə olunub. 

Son xəbərlər

Orphus sistemi