Bakı. 22 yanvar. REPORT.AZ/ Bu il yanvarın 1-nə olan məlumata görə, ölkədə vergi ödəyicilərinin sayı 970 340 nəfərə çatıb.
“Report” xəbər verir ki, bunu
Ə.Məmmədov kommersiya hüquqi şəxslərin qeydiyyatı prosedurunun daha da sadələşdirildiyini qeyd edib: "Bilirsiniz ki, bir müddət əvvəl “Doing Business 2019” hesabatı açıqlandı. Bu hesabatda "biznesə başlama" indikatoru üzrə biz 18-ci pillədən 9-cu pilləyə qalxmışıq. 2019-cu ilə qədər 3,5 günə 3 prosedur həyata keçirməklə biznesə başlamaq olurdu. Hazırda bu prosedurların sayını 1-ə endirilib. Yəni, artıq FİN kod vasitəsi ilə heç bir “Asan imza”, yaxud “Elektron imza” almadan qeydiyyat həyata keçiriir. Lakin vergi ödəyicisi olmaq istəyən şəxslər, eyni zamanda, həm də “Asan imza” və “elekton imza” vasitəısilə də qeydiyyata alına bilirlər".