Azərbaycanda manatla banklararası kreditlər ucuzlaşıb

Maliyyə
  • 10 dekabr, 2018
  • 10:54
Azərbaycanda manatla banklararası kreditlər ucuzlaşıb

Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycanda manatla ayrılan banklararası kreditlər üzrə orta illik faiz dərəcəsi oktyabr ayında 3,86 faiz bəndi azalaraq noyabrın 1-nə 6,56% təşkil edib.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, hesabat ayında xarici valyutada kreditlərdə isə orta faiz dərəcəsi 4,98%-dən 4,73%-ə enib.

Qeyd edək ki, ilin əvvəlində manatda banklararası kreditlər üzrə orta faiz 11,8%, xarici valyutada isə 4,93% təşkil edib. 

Son xəbərlər

Bütün Xəbər Lenti