İlk xəbər iyunun 10-da, saat 14:35-də verilib
Bu ilin yanvar-may aylarında Azərbaycanda 27 479,9 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,7% azdır.
Son 1 ildə ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 2,5% azalaraq 2 259,9 manat olub.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2%, qeyri-neft-qaz sektorunda isə 2,1% azalıb.
ÜDM istehsalının 37,7%-i sənaye, 11,2%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,5%-i nəqliyyat və anbar təsərrüfatı, 5,5%-i tikinti, 4,8%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1%-i informasiya və rabitə, 1,7%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,9%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,6%-ni təşkil edib.