Yuxarı

ARDNF dünyanın ən nüfuzlu 100 investoru siyahısına daxil edilib

Dinlə

Bakı. 11 oktyabr. REPORT.AZ/ Azərbaycanın suveren fondu Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2018-ci il dövlət vəsaitlərinin idarə edilməsi üzrə dünyanın ən nüfuzlu 100 investoru siyahısına daxil edilib.

Fonddan “Report”a verilən məlumata görə, qlobal miqyasda tanınan siyahıda ARDNF 10-cu yerdə qərarlaşıb.

Siyahıya mövcud şəraitdə vəsaitlərin idarə edilməsində fərqlənən dünyanın böyük suveren fondları, pensiya fondları, ianə fondları, mərkəzi bankları və s. təşkilatlar arasından seçilmiş 100 ən nüfuzlu investor daxil edilib.

Renkinq Suveren Fondlar İnstitutu tərəfindən qurumların fəaliyyətlərində tətbiq etdiyi innovasiyalar, xüsusi proqramlar, maliyyələşdirmə mexanizmləri, gəlirlilik göstəriciləri, mövcud şərait, həyata keçirilmiş təşəbbüslər kimi kriteriyalar nəzərə alınmaqla tərtib edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu 1999-cu ildə ümummilli lider Heydər Əliyevin qərarı ilə hüquqi şəxs qismində yaradılmış büdcədənkənar dövlət təsisatıdır. ARDNF-nin yaradılması fəlsəfəsinin əsasını tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsi təşkil edir.

Suveren Fondlar İnstitutu suveren fondlar, pensiya fondları, mərkəzi banklar və digər dövlət vəsaitlərinin uzunmüddətli idarə edilməsi üzrə investorların investisiya fəaliyyətləri, vəsaitlərin strateji bölgüsü, risk, idarəetmə, iqtisadiyyat, siyasət, ticarət və digər sahələri öyrənən qlobal təşkilatdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi