ADB Azərbaycan üzrə yeni tərəfdaşlıq strategiyası hazırlayır

Maliyyə
  • 24 oktyabr, 2018
  • 11:20
ADB Azərbaycan üzrə yeni tərəfdaşlıq strategiyası hazırlayır

Bakı. 24 oktyabr. REPORT.AZ/ “Azərbaycanla ölkə tərəfdaşlıq strategiyasını hazırlayırıq”.

"Report" xəbər verir ki, bunu Bakıya səfəri çərçivəsində jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Asiya İnkişaf Bankının (ADB) vitse-prezidenti Vençay Janq (Wencai Zhang) deyib.

Onun sözlərinə görə, bu strategiya 5 illik müddəti əhatə edəcək: "Ötən 5 illik strategiya yekunlaşmaq üzrədir. İndiki strategiya isə 2019-2023-cü illəri əhatə edəcək. Mən ölkəyə səfərim çərçivəsində dəstək verdiyimiz bir sıra layihələrə də baş çəkdim. Onlardan biri Naxçıvandakı içməli su ilə bağlı layihədir".

Son xəbərlər

Bütün Xəbər Lenti