Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən yaradılan “Bank-Market Platforması” istifadəçilərə gücləndirilmiş elektron imzadan istifadə edərək sistemə qoşulmuş müxtəlif banklarda fərqli bank hesablarının açılamasına və ödəniş kartlarının sifariş edilməsinə imkan verir.
“Report” xəbər verir ki, bunu “Rəqəmsal Ekosistemin İnkişafında Maliyyə İnstitutlarının Rolu” mövzusunda onlayn konfransda çıxışı zamanı Azərbaycan Banklar Assosiyasiyasının sədri Zakir Nuriyev deyib.
O bildirib ki, Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Azərbaycan Rəqəmsal Ticarət Qovşağı və “Bank-Market Platforması”nın qarşılıqlı inteqrasiayası beynəlxalq təcrübədə rast gəlinən son trendlərdən biridir: "Belə ki, platformalaşma və müxtəlif platformalar arasında əlaqələrin dərinləşdirilməsi rəqəmsal transformasiyanın üstünlüklərini effektiv yararlanmağa və vahid pəncərə prinsipləri əsasında eyni platforma üzərindən elektron xidmətlərdən istifadə etməyə imkan verir".