Yevlaxa "investisiya səyahəti" təşkil olunub

Yevlaxa "investisiya səyahəti" təşkil olunub Azərbaycan Mərkəzi Bankının İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, "Bakı Fond Birjası" QSC (BFB) və investisiya şirkətlərinin təşkilatçılığı ilə həyata keçirdiyi “İnvestisiya səyahəti” layihəsi çərçivəsində bu gün Yevlax şəhə
Maliyyə
5 Mart , 2022 16:37
Yevlaxa investisiya səyahəti təşkil olunub

Azərbaycan Mərkəzi Bankının İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, "Bakı Fond Birjası" QSC (BFB) və investisiya şirkətlərinin təşkilatçılığı ilə həyata keçirdiyi “İnvestisiya səyahəti” layihəsi çərçivəsində bu gün Yevlax şəhərinə səfər təşkil olunub.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Xatırladaq ki, layihənin məqsədi ölkədə maliyyə savadlılığının artırılması, kapital bazarı vasitəsilə maliyyələşmənin təşviqidir. Səfər çərçivəsində kapital bazarının mütəxəssisləri sahibkarlara kapital bazarı vasitəsilə maliyyələşmənin və BFB-də listinqin üstünlüklərini çatdırıb, investisiya şirkətləri kapital bazarı vasitəsilə maliyyələşməyə marağı olan biznes subyektləri ilə bu barədə interaktiv müzakirələr aparıb, maliyyələşmə imkanlarını dəyərləndirib.

Bu, sayca 3-cü belə tədbirdir, I "investisiya səyahəti" 20 oktyabr 2021-ci il tarixində Xaçmaz şəhərinə, II "investisiya səyahəti" isə 3 dekabr 2021-ci il tarixində Lənkəran şəhərinə təşkil olunub.

Son xəbərlər

Orphus sistemi