"Yelo Bank" sosial həssas qrupdan olan sahibkarları dəstəkləməyə davam edir

"Yelo Bank" sosial həssas qrupdan olan sahibkarları dəstəkləməyə davam edir "Yelo Bank" ASC növbəti dəfə əhalinin sosial həssas qrupuna aid olan şəxslərə bizneslərini qurmaq üçün dəstək oldu.
Maliyyə
21 Avqust , 2020 13:45
Yelo Bank sosial həssas qrupdan olan sahibkarları dəstəkləməyə davam edir

"Yelo Bank" ASC növbəti dəfə əhalinin sosial həssas qrupuna aid olan şəxslərə bizneslərini qurmaq üçün dəstək oldu.

Beləliklə, "Yelo Bank" üç şəxsə - Qəzənfər Rəhmanov (Lənkəran rayonu, Girdəni kəndi), Baxış Sadıqov (Bakı şəhəri, Binəqədi rayonu) və Cəlal Qurbanov (Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi) təmənnasız olaraq bərbərlik avadanlıqları və ləvazimatları təqdim edib. Qeyd edək ki, Qəzənfər Rəhmanov fiziki məhdudiyyətli, Baxış Sadıqov (məcburi köçkün) və Cəlal Qurbanov isə aztəminatlı şəxslərdir.

Qarşıdakı günlərdə həmin insanların maraqlı həyatı haqda reportajı oxuya bilərsiniz.

Xatırladaq ki, daha əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyi arasında imzalanmış memoranduma qoşulan Yelo Bank daha 3 şəxsə təmənnasız dəstək olub. Bank Bakı, Göygöl və Bərdə sakinlərinə dərzilik və mebel kəsimi üçün avadanlıqları və ləvazimatları təqdim edib.

Korporativ sosial məsuliyyət "Yelo Bank"ın strategiyasının ayrılmaz hissəsidir. Bir bank olaraq biz fəaliyyətimizlə Azərbaycan vətəndaşlarının yaşayış səviyyəsini yaxşılaşdırmağa çalışırıq. Bizim fəlsəfəmiz sadədir - biznesin və cəmiyyətin uğuru  ayrılmazdır.

Son xəbərlər

Orphus sistemi