“Yelo Bank”ın səhmdarlarının yığıncağı keçiriləcək

Maliyyə
  • 27 aprel, 2023
  • 05:11
“Yelo Bank”ın səhmdarlarının yığıncağı keçiriləcək

İyunun 14-də, saat 11:00-da “Yelo Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 81k ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə Bankın kənar auditorun təsdiqlədiyi və Audit Komitəsinin tövsiyyə etdiyi illik maliyyə hesabatların təsdiq edilməsi, eləcə də cari və təşkilati məsələlər daxildir.

Xatırladaq ki, "Yelo Bank" 1994-cü ildən fəaliyyət göstərən "Nikoil Bank" ASC-nin bazasında 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 378 milyon manatdır. Bankın səhmlərinin 96 %-i “Topaz Investments Limited” QSC-yə, 3,9 %-i Marina Kulişovaya (Bankın Müşahidə Şurasının sədri, həm də əsas səhmdarın direktoru), 0,1 %-i isə "İSR Holdinq” MMC-yə məxsusdur.

44 - Tezliklə