Yaxın dörd ildə ölkədə orta illik inflyasiyanın 3,5 % olacağı gözlənilir
- 05 noyabr, 2021
- 11:07
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci və sonrakı üç ildə Azərbaycanda inflyasiyanın orta hesabla 3,5 % ətrafında olacağı proqnozlaşdırılır.
"Report"un xəbərinə görə, bu barədə "2022-ci il dövlət büdcəsi zərfi haqqında" qanun layihəsində qeyd olunub.
Proqnoza görə 2022-ci ildə inflyasiya orta hesabla 4 %, 2023-cü ildə 3,3 %, 2024-cü və 2025-ci ildə isə ildə 3,2 % olacaq.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 105,2 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 106 %, qeyri-ərzaq məhsulları üzrə 104,4 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 104,6 % təşkil edib.
Bu ilin sentyabr ayında isə istehlak qiymətləri indeksi avqust ayı ilə müqayisədə 101,8 %, ötən ilin sentyabr ayına nisbətən 108,5 % olub.
Sentyabrda ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki ayla müqayisədə 102,6 %, ötən ilin sentyabr ayına nisbətən 110,4 % təşkil edib.
Azərbaycan Mərkəzi Bankınin (AMB) sədri Elman Rüstəmovun bəyanatına, 2021-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 2020-ci ildə 2,8 %-ə qarşı 6,2-6,5 % səviyyəsində gözlənilir. İllik inflyasiya isə 9,5-10,5 % səviyyəsində gözlənilir.
2022-ci ildə AMB-nin proqnozlarına görə, orta illik inflyasiya 5,6 %-dək azalacaq.