Yaponiya Bankı faiz dərəcələrini mənfi səviyyədə saxlayıb

Yaponiya Bankı faiz dərəcələrini mənfi səviyyədə saxlayıb Yaponiya Bankı yenidən faiz dərəcəsini mənfi 0,1% səviyyəsində saxlayıb
Maliyyə
18 Dekabr , 2020 10:52
Yaponiya Bankı faiz dərəcələrini mənfi səviyyədə saxlayıb

Yaponiya Bankı yenidən faiz dərəcəsini mənfi 0,1% səviyyəsində saxlayıb.

“Report” xəbər verir ki, bu barədə tənzimləyicinin dekabr iclasından sonra verdiyi açıqlamada deyilir.

İclasın səkkiz iştirakçısı mənfi faiz dərəcəsinin saxlanılmasının tərəfdarı, bir nəfər buna qarşı olub.

Xatırladaq ki, Yaponiya Mərkəzi Bankı 2016-cı ilin yanvar ayında mənfi faiz dərəcəsini (-0,1%) tətbiq edib.

Tənzimləyici həmçinin kommersiya kağızlarının (CP) və korporativ bondların əlavə miqdarda geri alınması müddətini altı aylığa, 2021-ci ilin sentyabr ayının sonuna qədər uzadılmasına qərar verib. Bankdan bildirilib ki, maksimum gerialış həcmi ümumilikdə təxminən 20 trilyon yen təşkil edir.

Bundan əlavə, tənzimləyici məhdudiyyətsiz dövlət istiqrazları satın almağı və 10 illik dövlət istiqrazlarının gəlirliliyini 0%-ə yaxın səviyyədə hədəf almağa davam etməyi planlaşdırır. İqtisadi fəallığın dinamikasından və qiymətlərdən asılı olaraq, gəlirliliyin müəyyən dərəcədə arta və ya azala biləcəyi qeyd olunur.

Yaponiya MB eyni zamanda birja investisiya fondlarının (ETF) kağızlarının geri alınmasının illik həcmini 12 trilyon yen civarında və daşınmaz əmlak investisiya trastlarının (J-REITs) aktivlərini isə 180 milyard yen civarında dəyişməz saxlayıb.

Tənzimləyici relizdə COVID-19 pandemiyasının təsirini yaxından izləyəcəyini və lazım olduqda düşünmədən pul-kredit siyasətini yumşaltmaq məqsədilə əlavə addımlar aracağını bildirib.

Yaponiya Mərkəzi Bankı qısamüddətli və uzunmüddətli perspektivdə dərəcələrin cari və ya daha aşağı səviyyədə olmasını gözləyir.

Son xəbərlər

Orphus sistemi