Xarici ekspert: "Azərbaycanda temperatur daha sürətlə yüksələcək"

Xarici ekspert: "Azərbaycanda temperatur daha sürətlə yüksələcək" Azərbaycanda temperaturun dünya üzrə orta göstəricidən daha sürətlə yüksələcəyi proqnozlaşdırılır.
Maliyyə
20 İyun , 2024 13:44
Xarici ekspert: Azərbaycanda temperatur daha sürətlə yüksələcək

Azərbaycanda temperaturun dünya üzrə orta göstəricidən daha sürətlə yüksələcəyi proqnozlaşdırılır.

"Report" xəbər verir ki, bunu İsveçrənin təkrarsığorta nəhəngi - "Swiss Re" şirkətinin vitse-prezidenti Gepa Jansen Klaus Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda ("Azerbaijan International Insurance Forum" - AIIF-2024), "İqlim dəyişikliyinin təsiri altında sığorta" adlı panel müzakirələrində bildirib.

Onun sözlərinə görə, temperaturda emissiya ssenarisindən asılı olaraq 2090-cı illərə qədər 4,7 %-ə qədər artım gözlənilir: "Azərbaycan iqlim dəyişikliyinin təsirlərinə qarşı müdafiəsiz hesab olunur və Notr Dam Qlobal Uyğunlaşma İndeksində ("ND Gain Index") 181 ölkə arasında 73-cü yerdə qərarlaşıb. Quraqlıq çox güman ki, kənd təsərrüfatında məhsuldarlığı azaldacaq, səhralaşmanı və torpağın şoranlığını artıracaq. Eyni zamanda, temperaturun yüksəlməsi daşqınlara və potensial sürüşmələrə səbəb ola biləcək ekstremal yağıntıların baş vermə ehtimalını artıracaq", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi