“Xalq Sığorta”nın mənfəəti 3 dəfəyə yaxın azalıb

Maliyyə
  • 31 mart, 2025
  • 10:45
“Xalq Sığorta”nın mənfəəti 3 dəfəyə yaxın azalıb

“Xalq Sığorta” ASC 2024-cü ili 4,791 milyon manat mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 2,6 dəfə azdır.

Ötən il “Xalq Sığorta”nın gəlirləri 28,834 milyon manat (əvvəlki ilə nisbətən 32,7 % az), xərcləri 24,874 milyon manat (21,9 % az), fövqəladə gəlirləri 1,063 milyon manat (31,5 % az), fövqəladə xərcləri isə 233 min manat (2,6 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Xalq Sığorta”nın aktivləri 89,019 milyon manat, öhdəlikləri 29,77 milyon manat, balans kapitalı isə 59,249 milyon manat təşkil edib.

Xatırladaq ki, "Xalq Sığorta" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 58,75 milyon manatdır. Şirkətin səhmlərinin 50 %-i "İdeal Business Co." MMC-yə, 50 %-i isə "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85 %-lik səhmdarı, "Bank Avrasiya" ASC-nin 37,5 %-lik səhmdarı) məxsusdur.

44 - Tezliklə