"Xalq Bank" maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 15 yanvar, 2025
  • 14:00
Xalq Bank maliyyə vəziyyətini açıqlayıb

“Xalq Bank” ASC 2024-cü ili 65,721 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilə nisbətən 26,2 % çoxdur.

Ötən il “Xalq Bank”ın gəlirləri 226,781 milyon manat (illik müqayisədə 18,2 % çox), xərcləri 149,617 milyon manat (30,8 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 5,504 milyon manat (1 il bundan əvvəl ehtiyat yaradıb), mənfəət vergisi ödəmələri isə 16,946 milyon manat (0,7 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Xalq Bank”ın aktivləri 3 milyard 68,846 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,4 % azdır. Bunun 1 milyard 846,716 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 3,7 % böyüyüb.

Hesabat dövründə “Xalq Bank”ın öhdəlikləri 0,8 % azalaraq 2 milyard 557,856 milyon manat, o cümlədən depozit portfeli 14,2 % azalaraq 1 milyard 905,363 milyon manat, balans kapitalı isə 1,3 % artaraq 510,99 milyon manat, o cümlədən nizamnamə kapitalı 13,9 % artaraq 415,597 milyon manat olub.

Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Bankın səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 33,85 %-i "Euro Standard" MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 16,15%-i isə “Foton” MMC-yə məxsusdur.

44 filmi