Vahid Novruzov: "Azərbaycanda auditorların və mühasiblərin məsuliyyəti artırılmalıdır"

Vahid Novruzov: "Azərbaycanda auditorların və mühasiblərin məsuliyyəti artırılmalıdır" Azərbaycanda auditorların və mühasiblərin məsuliyyətinin artırılması günün vacib məsələlərindəndir.
Maliyyə
28 İyul , 2023 11:32
Vahid Novruzov: Azərbaycanda auditorların və mühasiblərin məsuliyyəti artırılmalıdır
Vahid Novruzov

Azərbaycanda auditorların və mühasiblərin məsuliyyətinin artırılması günün vacib məsələlərindəndir.

“Report” xəbər verir ki, bunu Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov palata ilə İsrailin Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutu (ICPAI) arasında Anlaşma Memorandumunun imzalanmasına dair tədbirdə deyib.

"Bu gün Azərbaycan ictimai-siyasi cəhətdən sabit, iqtisadi gücü sürətlə artan və irimiqyaslı layihələr icra edən ölkədir.

Bu sahədə daha böyük uğurlara imza atmaq üçün idarəetmə sisteminin ən mühüm alətlərindən olan hesabatlılıq və şəffaflığın gücləndirilməsinin böyük əhəmiyyəti vardır ki, bunlar da öz növbəsində təkmil uçot, mühasibatlıq və auditin olmasını zəruri edir",- deyə o əlavə edib.

V. Novruzovun sözlərinə görə, son dövrlərdə Azərbaycanda qəbul edilmiş dövlət sənədlərində və Milli Fəaliyyət Proqramlarında şəffaflığın artırılması problemi dövlət orqanlarının fəaliyyətində olduğu kimi, müstəqil auditin tətbiq sahəsi olan özəl sektorda da təmin edilməsi məsələsi qarşıya məqsəd qoyulub.

Bununla belə, qeyd etmək lazımdır ki, şəffaflıq və nəzarət sahəsində ölkəmizdə bir sıra aktual problemlər öz konseptual həllini gözləyir. Auditorlar Palatası bundan sonra da özünün səmərəli fəaliyyəti ilə ölkəmizdə müstəqil auditin inkişaf və tərəqqisinə, şəffaflığın təmin edilməsinə və daha da artırılmasına öz töhfəsini verəcəkdir

Son xəbərlər

Orphus sistemi