“Unibank”ın səhmdarlarının yığıncağı keçiriləcək
- 16 may, 2022
- 08:23
Yeniliklərdən dərhal xəbərdar olun!
İyunun 28-də, saat 15:00-da “Unibank” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən baş ofisində - “Zoom” proqram təminatı vasitəsilə məsafədən olacaq.
Yığıncağın gündəliyinə "Unibank"ın maliyyə hesabatlarının təsdiq edilməsi məsələsi daxildir.
Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 125,686 milyon manatdır. Bankın səhmlərinin 86,7%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 13,3%-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.