“Unibank”ın səhmdarlarının yığıncağı keçiriləcək
- 08 may, 2023
- 10:16
Yeniliklərdən dərhal xəbərdar olun!
İyunun 22-də, saat 15:00-da “Unibank” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən baş ofisində - “Zoom” proqram təminatı vasitəsilə məsafədən olacaq.
Yığıncağın gündəliyinə "Unibank"ın kənar auditorunun konsolidə əsasında hazırladığı maliyyə hesabatlarının, investisiya qiymətli kağızlarının emitenti kimi illik hesabatlarının təsdiq edilməsi, mənfəətinin bölüşdürülməsi məsələləri daxildir.
Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Bankın səhmlərinin 94,08 %-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 5,92 %-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.