“Unibank”ın nizamnaməsinə dəyişiklik ediləcək

Maliyyə
  • 14 noyabr, 2022
  • 08:02
“Unibank”ın nizamnaməsinə dəyişiklik ediləcək

Dekabrın 6-da, saat 15:00-da “Unibank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən baş ofisində - “Zoom” proqram təminatı vasitəsilə məsafədən olacaq.

Yığıncağın gündəliyinə "Unibank"ın nizamnaməsinə, strukturuna və idarəetmə orqanlarının tərkibinə dəyişiklik edilməsi, eləcə də səhmlərinin bir hissəsinin geri alınması məsələləri daxildir.

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Bankın səhmlərinin 86,7 %-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 13,3 %-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.