Ülviyyə Cabbarova: "İqlim dəyişikliyi sığorta sektoru üçün əhəmiyyətli siqnaldır"

Ülviyyə Cabbarova: "İqlim dəyişikliyi sığorta sektoru üçün əhəmiyyətli siqnaldır" İqlim dəyişikliyinin yaratdığı risklər və meydana gələn zərər hər il artır və bu, sığorta sektoru üçün əhəmiyyətli siqnaldır.
Maliyyə
20 İyun , 2024 11:28
Ülviyyə Cabbarova: İqlim dəyişikliyi sığorta sektoru üçün əhəmiyyətli siqnaldır

İqlim dəyişikliyinin yaratdığı risklər və meydana gələn zərər hər il artır və bu, sığorta sektoru üçün əhəmiyyətli siqnaldır.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova rəhbərlik etdiyi qurumun təşkilatçılığı ilə Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda ("Azerbaijan International Insurance Forum" - AIIF-2024) bildirib.

"Dünya sığorta sənayesində olduğu kimi bizi də dərindən düşündürən daha bir mövzu məhz ekoloji mühit, yaşıl dünya və iqlim dəyişikliyi anlayışıdır. Dünya ölkələrinin nüfuzlu təmsilçiləri bu mövzunu cari ilin sonunda COP29 çərçivəsində məhz Azərbaycanda müzakirə edəcəklər. Müasir çağırışlar sırasında requlyativ tənzimləyici yeniliklər də yer alır. Belə ki, dəyişən tələblər, yeni standartlar, idarəetmə formalarının təkmilləşdirilməsi və s. kimi istiqamətlər burada əsas hədəf indikatorlarıdır. Sığortaçıların burada başlıca vəzifəsi bu yeniliklərə maksimum operativ uyğunlaşmaqdan və nəticə etibarilə ümumi dayanıqlı böyümədə aktiv iştirak etməkdən ibarətdir", - deyə o qeyd erdib.

Son xəbərlər

Orphus sistemi