Ukraynalı hakerlər "Zolotaya korona" köçürmə sisteminə hücum ediblər

Ukraynalı hakerlər "Zolotaya korona" köçürmə sisteminə hücum ediblər Ukraynadan olduğu güman edilən hakerlər “Zolotaya Korona” (KoronaPay) pul köçürmə sisteminə hücum ediblər.
Maliyyə
30 Avqust , 2023 03:52
Ukraynalı hakerlər Zolotaya korona köçürmə sisteminə hücum ediblər

Ukraynadan olduğu güman edilən hakerlər “Zolotaya Korona” (KoronaPay) pul köçürmə sisteminə hücum ediblər.

“Report” xəbər verir ki, bu barədə “Kommersant” yazıb.

Kibertəhlükəsizlik üzrə uzmanlar nəşrə bildiriblər ki, avqustun 28-də pul köçürmə sisteminin resursları kölgə forumlarında (darknet) haker fəalları üçün hədəf kimi qeyd olunmağa başlayıb.

“Şirkətə hücum çağırışları, bir qayda olaraq, ödəniş sistemində baş verən kütləvi DDoS hücumuna səbəb olur”, - qəzetin həmsöhbətlərindən biri deyib.

Ekspertlərin sözlərinə görə, “Zolotaya Korona”nın fəaliyyətində nasazlıq yaşanıb. Qeyd olunub ki, ödəniş sisteminə hücuma görə məsuliyyəti “Ukraynanın IT ordusu” öz üzərinə götürüb.

2022-ci ildə “Mir” ödəniş sistemi və onun operatoru olan Milli Ödəniş Kart Sistemi oxşar həmlələrə uğrayıb. Həmin hücumların arxasında da ukraynalı hakerlərin olduğu güman edilirdi.

Son xəbərlər

Orphus sistemi