Türkiyənin xarici borcu ÜMM-nin yarısını ötüb
Maliyyə
- 30 sentyabr, 2017
- 11:18
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 30 sentyabr. REPORT.AZ/ Türkiyənin məcmu xarici borcu 2017-ci ilin ilk yarısında 20 mlrd. ABŞ dollarından çox artaraq son 14 ildə ilk dəfə ümumi milli məhsulun (ÜMM) yarısını ötüb. "Report" "Habertürk" saytına istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə Xəzinədarlığı yayıb.
Məlumata görə, Türkiyənin məcmu xarici borcu aprel ayının 1-nə ÜMM-in 48,6%-ni təşkil edirdisə, iyulun 1-nə bu göstərici 51,8%-ə çatıb. Beləliklə məcmu xarici borc II rüb ərzində 412 mlrd. dollardan 432,4 mlrd. dollara yüksəlib.
Eyni dövr ərzində Türkiyənin xalis borcu isə 6% artaraq 267 mlrd. dollardan 283,1 mlrd. dollara çatıb. Xalis borcun ÜMM-ə nisbəti isə 31,5%-dən 33,9%-ə yüksəlib.
Son xəbərlər
08:30
ABŞ-də bir gündə üç nəfər edam edilib
Digər ölkələr
08:15
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
Hadisə
08:10
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:03
Demokratlar Kanada mallarına qoyulan rüsumları ləğv etmək istəyirlər
Digər ölkələr
08:00
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
Media
07:20
Yeni Zelandiya sahillərində onlarla qara delfin ölüb
Digər ölkələr
06:42
Tramp seçkilərdən sonra İranla bağlı ilk müşavirəni keçirib
Digər ölkələr
06:15
Sorğu: Makrona etimad səviyyəsi Ollandın antirekordundan da aşağı düşüb
Digər ölkələr
05:45
Egey dənizində zəlzələ olub
Region