Türkiyənin elektron pul təşkilatı Azərbaycan bazarına daxil olmağa hazırlaşır

Maliyyə
  • 24 aprel, 2024
  • 12:54
Türkiyənin elektron pul təşkilatı Azərbaycan bazarına daxil olmağa hazırlaşır

Türkiyənin elektron pul təşkilatı “Fely” Azərbaycan bazarında fəaliyyətə başlayacaq.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

“Həm yeni funksiyalarımız, həm də Azərbaycan bazarına daxil olmağımızla bir çox sahələrdə nağd pulu və kredit kartlarını oyundan çıxaracağıq, nağdsız cəmiyyət yaratmaq üçün yüksək səviyyəli yeniliklər tətbiq edəcəyik. Sistemimizlə biznes sahibləri, təşkilatçılar və sponsorlar mürəkkəb idarəetmə sistemləri olmadan sahə idarəetməsini asanlıqla həyata keçirə bilərlər."- deyə “Fely”nin qurucu partnyoru Serkan İçer bildirib.

"2023-cü ilin noyabr ayından, yarandığımız gündən bəri 25 mindən çox istifadəçinin tədbir və festivallarda növbə gözləmədən təhlükəsiz şəkildə ödəniş etməsinə köməklik etmişik. Azərbaycandakı fəaliyyətimizə Prezident İlham Əliyevdən innovasiyalar sahəsində dövlət medalı almış Tariyel Ağazadə cavabdeh olacaq. İlkin mərhələdə 50-dən çox restoran və kafe ilə əməkdaşlıq edəcəyik", - deyə o əlavə edib.