"Turan Bank"ın xalis mənfəəti 2% azalıb

Maliyyə
  • 24 yanvar, 2022
  • 15:36
Turan Bankın xalis mənfəəti 2% azalıb

“Turan Bank” ASC 2021-ci ili 668 min manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 2,3% azdır.

Ötən il “Turan Bank”ın gəlirləri 48,994 milyon manat (əvvəlki illə müqayisədə 21,5% çox), xərcləri 47,08 milyon manat (20% çox), xüsusi ehtiyatlara ayırmaları 1,078 milyon manat (4,4 dəfə çox), mənfəət vergisi ödəmələri isə 167 min manat (2,3% az) təşkil edib.

Bu il yanvarın 1-nə “Turan Bank”ın aktivləri 714,961 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 29,6% çoxdur. Bunun 430,855 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2021-ci ildə Bankın kredit portfeli 24,8% böyüyüb.

Hesabat dövründə “Turan Bank”ın öhdəlikləri 33,2% artaraq 627,893 milyon manata, o cümlədən depozit portfeli 49% artaraq 417,452 milyon manata, balans kapitalı isə 8,2% artaraq 87,068 milyon manata, o cümlədən nizamnamə kapitalı 6,7% artaraq 80,005 milyon manata çatıb.

Xatırladaq ki, “Turan Bank” 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 58,1%-i 20 fiziki şəxsə, 41,9%-i isə 8 hüquqi şəxsə məxsusdur.