Noyabrın 15-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Texnika Bank” ASC-nin 15 daşınmaz əmlakının satışı üzrə hərrac keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.
Məlumata görə, söhbət 245 min manat dəyərində, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanında yerləşən 111,5 kv.metrlik 6 qeyri-yaşayış sahəsindən, 322 min manat dəyərində, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanında yerləşən 153,2 kv.metrlik 3 qeyri-yaşayış sahəsindən, 389 min manat dəyərində, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanında yerləşən 185,4 kv.metrlik 2 qeyri-yaşayış sahəsindən, 394 min manat dəyərində, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanında yerləşən 187,8 kv.metrlik 1 qeyri-yaşayış sahəsindən, 255 min manat dəyərində, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanında yerləşən 115,9 kv.metrlik 1 qeyri-yaşayış sahəsindən, 397 min manat dəyərində, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanında yerləşən 188,9 kv.metrlik 1 qeyri-yaşayış sahəsindən, 258 min manat dəyərində, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanında yerləşən 117,4 kv.metrlik 1 qeyri-yaşayış sahəsindən gedir.