İqlim maliyyələşdirilməsi şəraitində maliyyə sektoru üçün çağırışlar və imkanlar var.
“Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin 4-cü günündə deyib.
"Mövcud risklərə baxmayaraq, böyümə və inkişaf üçün yeni imkanlar yaranıb. Cari tədbirlər, eləcə də COP29 çərçivəsində keçiriləcək görüşlər iqlim dəyişikliyi ilə mübarizə sahəsində mühüm məqsədlərə nail olmağa kömək edir", - T. Kazımov bildirib.
O, müzakirə və həll yollarının axtarışı üçün lazımi platforma təmin edən "İqlim Həftəsi"nin əhəmiyyətini vurğulayıb. "Bu platforma davamlı inkişaf məqsədlərinə nail olmaq üçün geniş imkanlar açır", - deyə T.Kazımov qeyd edib və əlavə edib ki, maliyyə sektoru mövcud çağırışlara baxmayaraq, iqlim maliyyələşdirilməsi sahəsində innovasiyalar üçün böyük potensiala malikdir.
AMB-nin sədri hesab edir ki, Bakıdakı bu forum maliyyə institutlarının qlobal iqlim dəyişikliklərinə uyğunlaşmasına kömək edən təcrübə mübadiləsi və strategiyaların işlənib hazırlanması üçün mühüm platforma olub.