Bakı. 6 noyabr. REPORT.AZ/ “Son 2 ildə kino sahəsinə vəsaitin ayrılmasını məhdudlaşdırmışıq. Halbuki, əvvəllər bu istiqamətdə ildə 8 mln. manata yaxın vəsait ayrılırdı”.
“Report” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov
“Mən də kino sənayesinin inkişafının tərəfdarıyam. Amma hökumətin ümumi fikri ondan ibarətdir ki, burada keyfiyyətyönümlü dəyişiklik baş verməlidir. İndi deyirlər ki, 1,5 mln. manata kino çəkmək çətindir, amma çəkilir. Burada bir sistem olmalıdır. Dövlət büdcəsinin ehtiyat imkanları var. Daha səmərəli mexanizm yaradılarsa, bu, yüksək keyfiyyətə malik kino əsərlərinin ortaya çıxmasına xidmət edəcək bir proqramın ərsəyə gəlməsi ilə nəticələnməlidir. Son 1-2 ildə özəl sektor tərəfindən bir neçə kino əsəri ərsəyə gətirilib. Bu da onu göstərir ki, söhbət təkcə puldan getmir”, - deyə o qeyd edib.
Müzakirələrdə iştirak edən deputat