Şahmar Mövsümov: "Azərbaycan 30 İldə sıfırdan güclü və müasir ölkəyə çevrilib"

Şahmar Mövsümov: "Azərbaycan 30 İldə sıfırdan güclü və müasir ölkəyə çevrilib" Cəmi 30 il ərzində Azərbaycanda sıfırdan müasir və dinamik inkişaf edən bir ölkə qurulub.
Maliyyə
10 fevral 2025 07:03
Şahmar Mövsümov: Azərbaycan 30 İldə sıfırdan güclü və müasir ölkəyə çevrilib
Şahmar Mövsümov

Cəmi 30 il ərzində Azərbaycanda sıfırdan müasir və dinamik inkişaf edən bir ölkə qurulub.

"Report" xəbər verir ki, bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Dünya Bankının 2024-cü il üzrə "Dünyanın İnkişafı haqqında Hesabatı"nın (World Development Report - WDR) Bakıda yüksək səviyyəli təqdimat tədbirində bildirib.

“İqtisadi çətinliklərin öhdəsindən gələrək, dayanıqlı artım üçün möhkəm təməl yaratmışıq. Azərbaycan hazırda 54 orta gəlirli ölkə sırasında yer alır. Bu, qısa müddət ərzində mühüm nailiyyətdir. Həyata keçirilən siyasət nəticəsində ölkəmizin regionda həm siyasi, həm də iqtisadi mövqeyi güclənib. Bu güc bizə ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etməyə də imkan verib. Azərbaycanın inkişafı bir vacib məqamı vurğulayır: güclü liderlik həlledici rol oynayır. Heydər Əliyevin rəhbərliyi ilə ölkəmiz yoxsulluqdan dayanıqlı və güclü dövlətə çevrilib”, - Ş. Mövsümov deyib.

Son xəbərlər

Orphus sistemi