S&P Sahibkarlığın İnkişafı Fondunun reytinqləri üzrə proqnozu dəyişib

Maliyyə
  • 21 dekabr, 2023
  • 17:17
S&P Sahibkarlığın İnkişafı Fondunun reytinqləri üzrə proqnozu dəyişib

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Sahibkarlığın İnkişafı Fondunun (SIF) reytinqləri üzrə proqnozu “stabil”dən “müsbət”ə dəyişərək, uzunmüddətli və qısamüddətli emitentin kredit reytinqlərinin (ICR) “BB-/B” səviyyəsində təsdiqləyib.

"Report" S&P-yə istinadən xəbər verir ki, fondun reytinqləri onun dövlət maliyyələşdirməsinin subsidiyalaşdırılmış dərəcələrlə kommersiya bankları vasitəsilə sahibkarlara yönəldilməsi, heç bir borcunun olmaması və sabit kapitallaşmada mühüm rolunun dərk edilməsinə əsaslanır.

Qeyd edilib ki, onlar həmçinin Azərbaycanın bank sektorunda biznesin təmərküzləşməsini, eləcə də miras qalmış problemli kreditlərin yüksək payını əks etdirir: “Müsbət” proqnoz SIF-in köhnə kredit portfelini əhəmiyyətli dərəcədə azaldacağı təqdirdə kredit profilinin yaxşılaşacağına dair gözləntilərimizi əks etdirir və növbəti 12 ay ərzində vaxtı ötmüş kredit portfelində aktivlərin keyfiyyətində ciddi pisləşmə əlamətləri görmürük. Kredit portfelini köhnə problemli kreditlərdən təmizlədikdən və son bir neçə il ərzində verilmiş kreditləri hesabına aktivlərin keyfiyyəti adekvat risk mövqeyinə malik analoqlarının aktivlərinin keyfiyyəti ilə müqayisə oluna biləcək halda fondun reytinqini növbəti 12 ay ərzində yüksəldə bilərik”.

S&P Azərbaycan İnvestisiya Şirkəti ilə birləşməsindən sonra SIF-in kredit qabiliyyəti pisləşərsə, növbəti 12 ay ərzində reytinqləri sabitləşdirmək və ya aşağı salmaq üçün proqnoza yenidən baxa bilər.

44 filmi