S&P "Kapital Bank"ın kredit reytinqlərini artıra biləcək şərtləri açıqlayıb
- 02 fevral, 2022
- 15:49
Yeniliklərdən dərhal xəbərdar olun!
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi “Kapital Bank” ASC-nin daha dayanıqlı və az dəyişkən göstəriciləri, aktivlərin sabit keyfiyyəti, yüksək kapital buferləri və adekvat likvidliyi ilə yerli və beynəlxalq oxşarlarını açıq-aydın üstələdiyini hesab etsə , növbəti 12-24 ay ərzində kredit reytinqlərini yüksəldə bilər.
“Report” xəbər verir ki, bu barədə “S&P Global Ratings”in bankın reytinqlərini "BB-/Stabil/B" səviyyəsində təsdiqlənməsi ilə bağlı yaydığı məlumatda deyilir.
“Kapital Bank”ın sabit proqnozu, bankın adekvat kapitallaşması, sabit depozit maliyyələşdirməsi və geniş likvidliyinin növbəti 12 ay ərzində kredit qabiliyyətini dəstəkləyəcəyinə dair gözləntilərimizi əks etdirir",- S&P bildirir.
Agentlik hesab edir ki, bankın riskə uyğunlaşdırılmış kapital (RAC) nisbəti 2022-ci ildə zəifləyə bilər, lakin yerli banklarla müqayisədə orta səviyyədən yüksək olaraq qala bilər:
“Kapital Bank”ın problemli kredit əmsalı, 2020-ci ildəki 3,7 %-dən ötən il 5,6 %-ə yüksəlib, lakin sistem üzrə orta göstəriciyə uyğundur. Bankın sabit müştəri depozitləri, ötən ilin sonuna ümumi maliyyələşdirməsinin təxminən 85 %-ni təşkil edib.
Əmanətlərin təxminən üçdə ikisi, son dərəcə sabit hesab etdiyimiz, əsasən dövlətlə əlaqəli qurumlar (GRE) olmaq üzrə korporativ əmanətçilərdir.
“Kapital Bank” müxtəlif biznes serktorlarına fəaliyyət göstərən çoxşaxəli holdinq şirkəti olan "Paşa Holdinq"ə məxsusdur. Onun sağlam maliyyələşdirmə göstəriciləri əhəmiyyətli likvidlik buferini əks etdirir".
S&P hesab edir ki, “Kapital Bank”ın Azərbaycandakı böyük bazar payı, xüsusilə pərakəndə kreditləşmə nəzərə alındığında, sistem baxımından olduqca əhəmiyyətli hesab edilir: "Lakin, beynəlxalq oxşarları ilə müqayisədə orta ölçülü bank olaraq qalır".
Məlumatda həmçinin bildirilir ki, “Kapital Bank” məcmu aktivlərinə görə ölkədə ikinci ən böyük bankdır və yerli korporativ və pərakəndə bankçılıqda müxtəlif françayzinqlərə malikdir.