Rusiya Bankının (Mərkəzi Bank) Direktorlar Şurası uçot dərəcəsinin daha 0,25 faiz bəndi artırılaraq 6,5%-dən 6,75%-ə çatdırılması barədə qərar qəbul edib.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Xatırladaq ki, Rusiya Bankı bu il martın 19-da uçot dərəcəsini 4,25%-dən 4,5%-ə, aprelin 23-də 4,5%-dən 5%-ə, iyunun 11-də 5%-dən 5,5%-ə, iyulun 23-də isə 5,5%-dən 6,5%-ə qaldırmışdı.
Mərkəzi Bank bəyan edib ki, bu ilin II rübündə iqtisadiyyat koronavirus (COVID-19) pandemiyasından əvvəlki səviyyəyə çatıb, tarazlaşdırılmış artım trayektoriyasına qayıdır. İqtisadi İnkişaf Nazirliyinin hazırladığı "Mövcud qiymət vəziyyəti haqqında" araşdırmaya görə, illik inflyasiya 6,79%, həftəlik inflyasiya isə 0,09% təşkil edib.