“Rəvan Sığorta”nın yığımları 45% azalıb

Maliyyə
  • 16 dekabr, 2016
  • 06:11
“Rəvan Sığorta”nın yığımları 45% azalıb

Bakı. 16 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında “Rəvan Sığorta” ASC-nin yığımları 956 856 manat təşkil edib. Şirkətdən “Report”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,84% azdır.

Hesabat dövründə “Rəvan Sığorta”nın ödənişləri də azalıb. Belə ki, Şirkət 11 ay ərzində 755 659 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 28,7% azdır.

2016-cı ilin yanvar-noyabr aylarında “Rəvan Sığorta” topladığı hər 100 manat sığorta haqqının 78,97 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-noyabr aylarında 61,09% olub.

Xatırladaq ki, "Rəvan Sığorta" şirkəti 1998-ci ildə "Double Insurance Company" kimi fəaliyyətə başlayıb, 2004-cü ildə adını "Star Alyans Sığorta"ya dəyişib, 2007-ci ildə isə yenidən rebrendinq edib. Onun nizanmamə kapitalı 8 900 071,2 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 40,8 manat olan 218 139 səhm əsasında formalaşıb. Səhmlərin 49,1%-i Şirkətin daxil olduğu "Nurgun Group" MMM-ə, 42,36%-i "Nurgun Motors" MMC-yə, 8,54%-i isə "NBC Bank" ASC-yə məxsusdur. 

44 - Tezliklə