"Rəvan Sığorta"nın yığımları 45% azalıb

Maliyyə
  • 15 noyabr, 2016
  • 13:29
Rəvan Sığortanın yığımları 45% azalıb

Bakı. 15 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında "Rəvan Sığorta" ASC-nin yığımları 910 310 manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,64% azdır.

Hesabat dövründə "Rəvan Sığorta"nın ödənişləri də azalıb. Belə ki, Şirkət 10 ay ərzində 642 263 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 34,83% azdır.

2016-cı ilin yanvar-oktyabrında "Rəvan Sığorta" topladığı hər 100 manat sığorta haqqının 70,55 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-oktyabrında 59,93% olub.

Xatırladaq ki, "Rəvan Sığorta" şirkəti 1998-ci ildə "Double Insurance Company" kimi fəaliyyətə başlayıb, 2004-cü ildə adını "Star Alyans Sığorta"ya dəyişib, 2007-ci ildə isə yenidən rebrendinq edib. Onun nizanmamə kapitalı 8 900 071,2 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 40,8 manat olan 218 139 səhm əsasında formalaşıb. Səhmlərin 49,1%-i Şirkətin daxil olduğu "Nurgun Group" MMM-ə, 42,36%-i "Nurgun Motors" MMC-yə, 8,54%-i isə "NBC Bank" ASC-yə məxsusdur. 

Son xəbərlər

Bütün Xəbər Lenti