“Moody’s”: Qlobal iqtisadiyyat son 75 ilin ən pis rübünü yaşayacaq
Maliyyə
- 23 iyun, 2020
- 06:44
Beynəlxalq kredit reytinqi agentliyi “Moody’s” pandemiyanın təsiri ilə bu il G20 ölkələrinin iqtisadiyyatlarının 4,6% kiçiləcəyini proqnozlaşdırır.
“Report” xəbər verir ki, bu barədə agentliyin hesabatında bildirilib.
Hesabata görə, G20 ölkələrinin iqtisadiyyatları gələn il isə 5,2% böyüyəcək. Belə ki, qlobal iqtisadiyyat canlanmağa başlasa da, bərpanın uzun və maneəli olacağı bildirilib. Bu ilin II rübünün qlobal iqtisadiyyat üçün II Dünya müharibəsindən sonrakı dövrün ən pis rübü olacağı qeyd olunub.
Bundan başqa, ABŞ iqtisadiyyatı bu il 5,7%, Avrozona iqtisadiyyatının isə 8,5% kiçiləcəyini, 2021-ci ildə isə müvafiq olaraq 4,5%, 6,2% artım gözlənilir. Çin iqtisadiyyatının isə bu il 1%, gələn il isə 7,1% böyüyəcəyi proqnozlaşdırılır.
Son xəbərlər
06:53
HRANA: ABŞ və İsrailin İrana hücumlarında ölənlərin sayı 1 168-ə çatıb
Region06:27
"CBS News": ABŞ Küveytdəki səfirliyinin əməkdaşlarının təxliyəsinə başlayıb
Digər ölkələr05:43
Bakı-Quba yolunda yük maşınının vurduğu şəxs ölüb
Hadisə05:31
Tramp bəyan edib ki, ABŞ İrandan sonra Kuba ilə "məşğul olacaq"
Digər ölkələr05:06
CENTCOM rəhbəri İrana qarşı hərbi əməliyyatın gedişatını qiymətləndirib
Digər ölkələr04:51
Türkiyəli deputat: Naxçıvanda mülki infrastrukturun hədəfə alınması beynəlxalq hüquqa açıq hücumdur
Region04:22
Rəsmi Əbu-Dabi: İranın Azərbaycan ərazisini hədəfə alması dövlət suverenliyinin pozulmasıdır
Xarici siyasət04:05
Hindistan HHQ-nin radarlardan itmiş qırıcısı qəzaya uğrayıb - YENİLƏNİB
Digər ölkələr03:38