Auditlər ekstremal hava şəraitinin ətraf mühitə daha çox ziyan vurmağa başladığını göstərir.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Polşanın Ali Audit Orqanının rəhbəri Marian Banas bildirib.
"İqlim dəyişir, getdikcə istiləşən dənizlərdən və okeanlardan daha çox su buxarlanır, quraqlıq dövrləri daha uzun olur. Auditlərimiz göstərir ki, ölkəmizin daşqınlara qarşı daha çox infrastruktura ehtiyacı var. Auditlərimiz ən böyük çay bəndlərindən birinin dağılmasının qarşısını aldı və beləliklə, Polşanın ən böyük şəhərlərindən birini xilas etdi. Auditlərimiz həmçinin Dünya Bankının maliyyələşdirdiyi Polşada daşqınların idarə edilməsi layihələrində böyük irəliləyiş olduğunu göstərir", - deyə o qeyd edib.