Palata: “Vətəndaşlar dollar kreditləri ilə bağlı kompensasiyalarını mayın 31-dən sonra da götürə bilərlər” - EKSKLÜZİV

Palata: “Vətəndaşlar dollar kreditləri ilə bağlı kompensasiyalarını mayın 31-dən sonra da götürə bilərlər” - EKSKLÜZİV Azərbaycanda dollar kreditləri ilə bağlı kompensasiyalarını hər hansı səbəbdən almamış vətəndaşların mayın 31-dən sonra da vaxtı var.
Maliyyə
31 May , 2019 11:40
Palata: “Vətəndaşlar dollar kreditləri ilə bağlı kompensasiyalarını mayın 31-dən sonra da götürə bilərlər” - EKSKLÜZİV

Azərbaycanda dollar kreditləri ilə bağlı kompensasiyalarını hər hansı səbəbdən almamış vətəndaşların mayın 31-dən sonra da vaxtı var. 

Bunu “Report”un sorğusuna cavab olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi Elşən Allahverdiyev bildirib. 

“Prezident İlham Əliyevin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanının icrası bu gün başa çatır. Amma hələ də ona düşən kompensasiyanı gəlib almayan vətəndaşlar var. Həmin vətəndaşlar kompensasiyalarını bu gündən sonra da götürə bilərlər”, - o qeyd edib. 

Palata rəsmisi fərmanın icrası ilə bağlı yaradılmış Apellyasiya Komissiyasının fəaliyyəti barədə də məlumat verib: “İndiyə qədər komissiyaya 25 min nəfərə yaxın vətəndaş müraciət edib. Onlardan 12 mininin müraciətinə baxılıb və şəxsi kabinetlərinə cavablar göndərilib. Müraciətlər xüsusi araşdırma tələb etdiyi üçün müəyyən qədər vaxt alır. Baxılmamış müraciət qalmayacaq, bütün müraciətlər növbəlilik prinsipi ilə cavablandırılacaq. Vətəndaşlara vaxtaşırı şəxsi kabinetlərini yoxlamaları tövsiyə olunur”.

Son xəbərlər

Orphus sistemi