Pakistan Milli Bankının Bakı filialı bu ilin yanvar-sentyabr aylarını 315 min manat zərərlə başa vurub.
“Report” filialın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1% çoxdur.
9 ay ərzində Pakistan bankının gəlirləri 296 min manat (illik müqayisədə 1,3% az), xərcləri 613 min manat (5,3% az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 2 min manat (96% az) təşkil edib.
Bu il oktyabrın 1-nə Bakı filialının aktivləri 11,934 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 14,5% çoxdur. Bunun 940 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 39,9% böyüyüb.
Hesabat dövründə Pakistan bankının öhdəlikləri 4,3 dəfə artaraq 2,505 milyon manata, o cümlədən depozit portfeli 4,3 dəfə artaraq 2,419 milyon manata çatıb, balans kapitalı isə 4,2% azalaraq 9,429 milyon manata düşüb.
Xatırladaq ki, Pakistan Milli Bankının Bakı filialı 1996-cı ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 9,4 milyon manatdır.