Özbəkistanın prosessinq mərkəzi Azərbaycan bazarına çıxmaq istəyir

Maliyyə
  • 13 iyun, 2024
  • 07:49
Özbəkistanın prosessinq mərkəzi Azərbaycan bazarına çıxmaq istəyir

Özbəkistanın Milli Banklararası Prosessinq Mərkəzi (HUMO) ortamüddətli dövrdə Azərbaycanda fəaliyyət göstərməyi hədəfləyir.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu HUMO-nun baş direktoru Şuxratbek Kurbanov deyib.

Onun sözlərinə görə, HUMO ortamüddətli dövrdə Azərbaycanla yanaşı Türkiyə bazarına da daxil olmaq istəyir: “Bu ölkələrdə maraqlı tərəfdaşlarla artıq ilkin danışıqlara başlanılıb.Biz fəaliyyətimizi genişləndirmək niyyətindəyik. Əsas məqsəd regional və mədəni baxımdan yaxın ölkələr üçün vahid ödəniş məkanının yaradılmasıdır. HUMO artıq Gürcüstanda TBC Bank ilə fasiləsiz ödənişlər layihəsinə başlayıb və bu təşəbbüsə digər yerli bankları da cəlb etməyi planlaşdırır”.

Ş. Kurbanov bildirib ki, hazırda Qazaxıstan və Qırğızıstanda fasiləsiz ödənişlərin tətbiqi planlaşdırılır: "Belə ki, bu istiqamətdə artıq maliyyə aspektlərini yekunlaşdırmışıq. Biz istəyirik ki, HUMO kartları bu ölkələrdə və Özbəkistanda işləsin. Buna tələb var, çünki bi çox halda insanlar qonşu ölkələrə səfər edərkən ikinci ödəniş kartından istifadə etmək istəmir”.

Son xəbərlər

Bütün Xəbər Lenti