Ötən il Türkiyənin Azərbaycana yatırdığı investisiyalar Azərbaycanın Türkiyəyə yatırımlarını 5 dəfə üstələyib

Ötən il Türkiyənin Azərbaycana yatırdığı investisiyalar Azərbaycanın Türkiyəyə yatırımlarını 5 dəfə üstələyib Ötən il Türkiyənin Azərbaycan iqtisadiyyatına yatırdığı birbaşa xarici investisiyalar 1,219 milyard ABŞ dolları təşkil edib.
Maliyyə
22 mart 2025 15:49
Ötən il Türkiyənin Azərbaycana yatırdığı investisiyalar Azərbaycanın Türkiyəyə yatırımlarını 5 dəfə üstələyib

Ötən il Türkiyənin Azərbaycan iqtisadiyyatına yatırdığı birbaşa xarici investisiyalar 1,219 milyard ABŞ dolları təşkil edib.

“Report”un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, investisiyaların həcmi illik müqayisədə 6,4 % və ya 83,394 milyon ABŞ dolları azalıb.

Azərbaycandakı birbaşa xarici investisiyaların ümumi həcmində Türkiyə yatırımlarının payı 17,3 % təşkil edir.

Öz növbəsində, Azərbaycan ötən il Türkiyə iqtisadiyyatına birbaşa 248,957 milyon ABŞ dolları (-86,28 %) sərmayə qoyub. Azərbaycan yatırımlarının birbaşa xarici investisiyaların ümumi həcmindəki payı 14,1 % təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7,046 milyard ABŞ dolları (illik 5,83 % artım) təşkil edib.

2023-cü ildə Türkiyədən Azərbaycana yatırılan birbaşa investisiyaların həcmi 1 milyard 302 milyon ABŞ dolları, ölkəyə birbaşa investisiyaların ümumi həcmi isə 6 milyard 658 milyon ABŞ dolları olub. Bu dövrdə Azərbaycan Türkiyəyə birbaşa 1 milyard 815 milyon ABŞ dolları investisiya yatırıb, Azərbaycanın xarici ölkələrə birbaşa investisiyalarının ümumi həcmi isə 3 milyard 117 milyon ABŞ dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi