Ötən il Naxçıvanda sahibkarlara 13,7 milyon manat kredit verilib

Ötən il Naxçıvanda sahibkarlara 13,7 milyon manat kredit verilib Bakı. 16 fevral. REPORT.AZ/ Ötən il Naxçıvan Muxtar Respublikasında sahibkarlara 13 milyon 790 min 800 manat kredit verilib.
Maliyyə
16 Fevral , 2019 03:31
Ötən il Naxçıvanda sahibkarlara 13,7 milyon manat kredit verilib

Bakı. 16 fevral. REPORT.AZ/ Ötən il Naxçıvan Muxtar Respublikasında sahibkarlara 13 milyon 790 min 800 manat kredit verilib.

"Report" Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu kreditlərdən 5 milyon 736 min 400 manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 8 milyon 54 min 400 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub.

Ötən dövrdə 30 hüquqi və 2320 fiziki şəxs qeydiyyata alınıb.

2018-ci ildə muxtar respublikada 990 milyon 67 min manat dəyərində sənaye məhsulu istehsal olunub. Bu da əvvəlki ildəki göstəricidən 1,3 faiz çoxdur.

İstehsal olunan sənaye məhsulunda özəl sektorun payı 94,7 faiz təşkil edir.

Qeyd edək ki, Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyinat olub.

Son xəbərlər

Orphus sistemi