Ötən il Naxçıvanda bank kreditləşməsi 31 % artıb

Maliyyə
  • 29 yanvar, 2022
  • 05:20
Ötən il Naxçıvanda bank kreditləşməsi 31 % artıb

2021-ci il ərzində Naxçıvan Muxtar Respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 235 milyon 283 min 600 manat kredit verilib.

Bu barədə “Report” yerli Dövlət Statistika Komitəsinə istinadən məlumat verib.

Bildirilir ki, bu, bir il öncəki göstəricidən 31,1 % çoxdur.

Verilmiş kreditlərin 24 milyon 9 min 600 manatı və yaxud 10,2 %-i qısamüddətli, 211 milyon 274 min manatı və yaxud 89,8 %-i uzunmüddətli kreditlər olub.

Nəticədə 2021-ci ildə 2020-ci illə müqayisədə qısamüddətli kreditlər 5 milyon 116 min 600 manat və yaxud 27,08 %, uzunmüddətli kreditlər isə 50 milyon 694 min manat və yaxud 31,6 % artıb.

Qeyd edək ki, bu il yanvarın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 17 milyard 119,8 milyon manat təşkil edib. Bu, ötən ilin yanvarın 1-i ilə müqayisədə 17,8 % çoxdur.

44 filmi