Nazir: "Cari hesabın profisitinin ÜDM-ə nisbətinin gələn 4 ildə 3 % ətrafında olacağı proqnozlaşdırılır"

Nazir: "Cari hesabın profisitinin ÜDM-ə nisbətinin gələn 4 ildə 3 % ətrafında olacağı proqnozlaşdırılır" Gələn il Azərbaycanın tədiyyə balansının cari hesabının profisitinin ÜDM-ə nisbəti 5,6 % həddində olacağı proqnozlaşdırılır.
Maliyyə
25 Noyabr , 2024 13:29
Nazir: Cari hesabın profisitinin ÜDM-ə nisbətinin gələn 4 ildə 3 % ətrafında olacağı proqnozlaşdırılır
Mikayıl Cabbarov

Gələn il Azərbaycanın tədiyyə balansının cari hesabının profisitinin ÜDM-ə nisbətinin 5,6 % həddində olacağı proqnozlaşdırılır.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, 2025-2028-ci illərdə isə neft-qaz hasilatının son tarixi olan proqnozu nəzərə alınmaqla cari hesab profisitinin ÜDM-ə nisbətinin orta hesabla 3 % ətrafında olacağı proqnozlaşdırılır.

Nazir bildirib ki, 2025-ci ildə ümumi daxili məhsulun nominal həcmi 129,2 milyard manat, qeyri-neft-qaz sektorunda ümumi daxili məhsulun nominal həcmi isə 92,2 milyard manat səviyyəsində proqnozlaşdırılır:

“Neftin 2025-ci ildə 70 ABŞ dolları və 2026-2028-ci illərdə 65 ABŞ dolları proqnozlaşdırılan qiyməti də nəzərə alınmaqla, 2025-ci ildə adambaşına düşən ümumi daxili məhsulun 7 412 ABŞ dolları, 2028-ci ilin sonuna isə 8 522 ABŞ dolları təşkil edəcəyi nəzərdə tutulur".

Son xəbərlər

Orphus sistemi