“Naxçıvan Bank”ın xalis mənfəəti 14% azalıb

Maliyyə
  • 26 yanvar, 2022
  • 14:26
“Naxçıvan Bank”ın xalis mənfəəti 14% azalıb

“Naxçıvan Bank” ASC 2021-ci ili 6,301 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 14% azdır.

Ötən il “Naxçıvan Bank”ın gəlirləri 18,406 milyon manat (əvvəlki illə müqayisədə 8,7% çox), xərcləri 6,619 milyon manat (23,2% çox), xüsusi ehtiyatlara ayırmaları 3,745 milyon manat (62,4% çox), mənfəət vergisi ödəmələri isə 1,743 milyon manat (9,5% az) təşkil edib.

Bu il yanvarın 1-nə “Naxçıvan Bank”ın aktivləri 343,757 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 15,1% çoxdur. Bunun 135,061 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2021-ci ildə kredit portfeli 18,4% böyüyüb.

Hesabat dövründə “Naxçıvan Bank”ın öhdəlikləri 18,8% artaraq 245,876 milyon manata, o cümlədən depozit portfeli 26,9% artaraq 180,349 milyon manata, balans kapitalı isə 6,7% artaraq 97,882 milyon manata, o cümlədən nizamnamə kapitalı 8,9% artaraq 89,75 milyon manata çatıb.

Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Onun nizamnamə kapitalı 82,43 milyon manatdır. Bankın səhmdarları 4 fiziki şəxsdir.

44 filmi