"Muğan Bank"ın əmanətçilərinə iki gündə 101 milyon manat kompensasiya ödənilib

"Muğan Bank"ın əmanətçilərinə iki gündə 101 milyon manat kompensasiya ödənilib Ləğv prosesində olan “Muğan Bank” ASC-nin qorunan əmanətçilərindən 2 983 nəfər ötən 2 gün ərzində 100 milyon 951 min manat kompensasiya ödənişi həyata keçirilib.
Maliyyə
29 Noyabr , 2023 09:29
Muğan Bankın əmanətçilərinə iki gündə 101 milyon manat kompensasiya ödənilib

Ləğv prosesində olan “Muğan Bank” ASC-nin qorunan əmanətçilərindən 2 983 nəfər ötən 2 gün ərzində 100 milyon 951 min manat kompensasiya ödənişi həyata keçirilib.

Bu barədə "Report"a Əmanətlərin Sığortalanması Fondundan (ƏSF) bildirilib.

Bu isə bankdakı qorunan əmanətlər üzrə ödənilməsi nəzərdə tutulan ümumi kompensasiya məbləğinin təqribən 50 %-ni təşkil edir.

Kompensasiya ödənişləri agent banklar - “Azərbaycan Beynəlxalq Bankı” və “Kapital Bank” ASC-lərin ölkə üzrə bütün filialları vasitəsilə uğurla həyata keçirilməkdə davam edir.

Ödənişlərin verilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçiriləcəkdir və bununla bağlı heç bir narahatlıq üçün əsas yoxdur.

Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı Əmanətlərin Sığortalanması Fondunun saytından əldə edə bilərsiniz.

www.adif.gov.az

Son xəbərlər

Orphus sistemi