“Moody's”: “Türkiyədə inflyasiya ilin ikinci yarısında yavaşlamağa başlayacaq”

Maliyyə
  • 13 yanvar, 2024
  • 13:51
“Moody's”: “Türkiyədə inflyasiya ilin ikinci yarısında yavaşlamağa başlayacaq”

“Moody's Investors Service” beynəlxalq reytinq agentliyi Türkiyədə inflyasiyanın ilin ikinci yarısında yavaşlamağa başlayacağını, lakin yüksək olaraq qalacağını və ilin sonuna qədər 45 % civarında olacağını gözləyir.

Bu barədə “Report” “Moody's”in Türkiyənin suveren reytinqi ilə bağlı proqnoz ""Sabit"dən "Müsbət"ə dəyişdirilməsi, uzunmüddətli xarici və milli valyutada emitent reytinqi isə "B3" səviyyəsində təsdiqlənməsi ilə bağlı hesabatına ə istinadən xəbər verir.

Agentliyin analitikləri ölkənin pul-kredit siyasətində nəzərəçarpacaq dəyişikliklərin olduğunu və bunun mövcud çox yüksək inflyasiyanın daha dayanıqlı səviyyələrə endirilməsi perspektivlərini əhəmiyyətli dərəcədə yaxşılaşdırdığını vurğulayırlar.

“2023-cü ilin iyun ayından etibarən Türkiyə Mərkəzi Bankı əsas faiz dərəcəsini qətiyyətli şəkildə 34 faiz bəndi artıraraq hazırkı 42,5 %-ə qaldırıb və yaxın gələcək üçün daha da sərtləşdirmə olacağına işarə edib.

İllik inflyasiya dərəcələrinin hazırda çox yüksək olmasına (2023-cü ilin dekabrında illik inflyasiya 64,8 % təşkil edib), onun yaxın gələcəkdə də artmağa davam edəcəyinə baxmayaraq, inflyasiya tempi aydan-aya yavaşlamağa başlayıb: oktyabr-dekabr aylarında temp orta hesabla 3 % təşkil edib. Halbuki ötən ilin iyul-avqust aylarında bu rəqəm 9 %-dən də çox idi”, - “Moody’s” qeyd edib.