Milli Məclisdə saxta pullarla bağlı məsələ qaldırılıb
Maliyyə
- 05 iyun, 2023
- 07:45
Milli Məclisdə Azərbaycan regionlarında ticarət şəbəkəsində saxta pulların istifadəsi ilə bağlı məsələ qaldırılıb.
"Report" xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Ziyad Səmədzadə danışıb.
"Bu yaxınlarda mən bir məsələnin şahidi oldum, istədim Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımova müraciət edim. Rayonların birində bir neçə yerdə mağazalarda ayrıca bölmə var ki, saxta pulların buraxılması ilə məşğuldurlar. Rayonda nəvəmə alış-veriş üçün 20 manat verdim, pulun qalığı kimi 450 manat qaytardılar. Pulların üstünə baxanda gördüm ki, "etibarsızdır" yazılıb. Gənclər, uşaqlar var, onlar aldana bilirlər. Bunlara nəzarət olunmalıdır", - deyə Z.Səmədzadə bildirib.
Son xəbərlər
14:27
Adil Rəhimli: Prioritetlərimizdən biri əməyin mühafizəsi üzrə maarifləndirici tədbirlərin təşkilidir
Sosial müdafiə14:20
TƏBİB-in icraçı direktoruna yeni müşavir təyin edilib
Sağlamlıq14:11
Azərbaycan qeyri-neft-qaz ixracını 18 %-ə yaxın artırıb
Biznes14:06
Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib - SİYAHI
Daxili siyasət14:05
Foto
Sumqayıtda avtomobil işıq dirəyini aşırıb
Hadisə14:03
"Qarabağ" Mateuş Koxalskinin gedişini açıqlayıb
Futbol14:02
Lyu Haysin: Çin və Azərbaycan münasibətləri getdikcə daha konkret məzmun kəsb edir
Xarici siyasət14:01
Azərbaycan və Türkiyə arasında diaspor siyasəti ilə bağlı Anlaşma Memorandumu imzalanıb
Diaspor13:58